Qazaxıstanın şərqində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Qızılorde rayonunun Nazarbayev prospektində qeydə alınıb.
Yerli DİN Mətbuat Xidmətindən verilən məlumata görə, adı açıqlanmayan sürücü idarə etdiyi “Toyota Camry” markalı avtomobillə, hələ ki, məlum olmayan səbəblərdən “Mercedes” markalı maşını yan hissəsindən vurub. Bundan sonra idarəetmədən çıxan “Toyota” sərnişinlərin olduğu avtobus dayanacağına çırpılıb.
Nəticədə 3 nəfər aldığı xəsarətlərdən hadisə yerində keçinib, daha 2 nəfər isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı əraziyə polis əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.
“Toyota”nın sürücüsü isə Polis İdarəsinin müvəqqəti saxlama məntəqəsində saxlanılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man