Sankt-Peterburqun mərkəzində trolleybus gənc qızı piyada keçidinin üzərində vurub. Bununla bağlı Ren TV məlumat yayıb. Müşahidə kameralarında görünür ki, yolun kənarına yaxınlaşan qız skeytbordu əlinə götürərək dərhal yolun hərəkət istiqamətinə çıxır və bu zaman yüksək sürətlə hərəkət edən trolleybusun təkərləri altına düşür.
Hadisə şahidləri dərhal qəza yerinə yaxınlaşaraq, təcili tibbi yardım maşınını çağırsalar da, 18 yaşlı qız aldığı xəsarətlər səbəbindən yerindəcə keçinib. Trolleybusun işıqforun yaşıl işıqları yandığı zaman hərəkət etdiyi müəyyənləşdirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man