Bakıda yol hərəkəti qaydasını pozan taksi sürücüsü digər sürücüyə təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, nizamlanmayan və heç bir üstünlük nişanı olmayan yolayrıcına yaxınlaşan sürücü, həmin yolayrıcından sağa dönərkən qarşıdan əks istiqamətə çıxaraq ötmə edən sürücü ilə üz-üzə gəlib. O, qayda pozan sürücünün hərəkətinə dərhal reaksiya verərək qəzadan yayına bilib.
Sürücülər bəzən elə bilirlər ki, ötməni qadağan edən 3.20 nişanı və yerdə 1.1 düz xətt yoxdursa istənilən yerdə ötə bilərlər. Bu yanlış fikirdir. Yol Hərəkəti Haqqında Qanunun 51-ci maddəsində hansı hallarda ötmənin qadağan olunduğu hallar aydın şəkildə yazılıb.
Həmin maddədə qeyd olunub ki, "nizamlanmayan yolayrıclarında baş yol olmayan yolla hərəkət etdikdə ötmə qadağandır". Bu yolda da üstünlük nişanları (baş yol, yol ver və stop) nişanları olmadığına görə yolayrıcında ötmək qadağandır.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man