Yollardakı real ölüm təhlükəsi: Aidiyyəti qurumlar hara baxır? - VİDEO

Nəqliyyat TV 18 Noyabr 2019 | 15:12
OXUNUB: 1897

Azərbaycanda baş verən qəzaların hamısı sürücülərin qeyri-peşəkarlığına görə baş vermir. Yol təsərrüfatında olan problemlər və onlara nəzarət edilməməsi, o cümlədən yolların işıqlandırılmasının normal səviyyədə olmaması da qəzalara yol açır. Avtosfer.az Bakı-Quba yolundakı problemi nümunə olaraq sizə təqdim edir. Qeyd etdiyimiz yolda süni işıqlandırma olmadığı üçün sutkanın qaranlıq vaxtı bu yoldan istifadə edən sürücülərə böyük təhlükələr yaranır. Onuda qeyd edək ki, yolun hərəkət hissəsini ayıran əyrixətli dəmir tirlərin üzərində də işıq qaytarıcı elementlər yoxdur. Bunların olmaması da məhdud görünmə şəraitində sürücünü köməksiz vəziyyətdə qoyur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, yol təsərrüfatına nəzarət edən şöbəsi daima bu cür problemləri nəzarətdə saxlayaraq həmin problemlərin aradan qaldırılması üzrə işlər görməlidir. 

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man