Türkiyənin Osmaniyə vilayətində üç yeniyetmə qız oynaya-oynaya daxil olduqları binanı qarət ediblər. Avtosfer.az xəbər verir ki, insident Qədirli rayonunun Şəhid Qansu Kiçikatəş məhəlləsində qeydə alınıb. Məlumata görə, üç gənc qız bir binanın açıq giriş qapısından içəri oynaya-oynaya daxil olaraq bir-bir mənzillərin zənglərini basıblar. Qapıya çıxan ev sahiblərinə başqa-başqa adlar verərək ünvan soruşan cinayətkarlar, bir mənzildən kimsənin çıxmadığını görüb gətirdikləri alətlə qapının kilidini açaraq içəri giriblər.
Evdə tapdıqları bir miqdar pulu və qızıl-zinət əşyalarını götürərək aradan çıxıblar.
Hadisədən iki gün sonra yenə eyni üsulla oğurluq üçün gəldikləri binada polis tərəfindən yaxalanan və adları açıqlanmayan 3 gənc qız məhkəməyə çıxarılıb. Qarətçi qızlar hakim qarşısına çıxarılsalar da onların yaşı kiçik olduqlarından sərbəst buraxılıblar.
Ancaq eyni əmələ görə Adanada axtarışda olan yeniyetmələr ifadələri alınması üçün Adana Təhlükəsizlik Asayiş Şöbə Müdirliyi əməkdaşlarına təhvil verilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man