İş adamının 161 minini qarət edən dəstə üzvləri həbs edilib – VİDEO

Nəqliyyat TV 05 Noyabr 2019 | 13:00
OXUNUB: 853

Rusiyanın Moskva şəhərində rusiyalı iş adamını qarət edən dəstə üzvləri həbs edilib. Avtosfer.az xəbər verir ki, silahlı hücum oktyabrın 14-də saat təxminən 14.00 radələrində Leninsky prospektində Aleksey Boqatıreva qarşı törədilib.

Hadisənin görüntüləri arxada olan bir nəqliyyat vasitəsinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda, işıqforun qırmızı işığında biznesmenin olduğu “Mercedes” markalı avtomobilin dayandığı və bir müddət sonra nəqliyyat vasitəsinin qarşısını “Mercedes 190” markalı maşının kəsdiyi görülür. Bundan sonra “190”nın içərisindən 3 nəfər və qarətdə iştirak edən digər dəstə üzvlərindən 2 nəfər əllərində silahla “Mercedes” yaxınlaşır. Dəstə üzvləri, maşının sürücü olan hissəsinə təpik və pnevmatik tapançadan atəş açmaqla qapının şüşəsini sındırırlar. Biznesmenin üz nahiyəsinə zərbə endirərək avtomobilin arxa baqajını açaraq oradan içərisində 6 milyon rublun (160800 Azn) olduğu çantanı götürərək hadisə yerindən uzaqlaşırlar.

Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvlərindən 4-ü Çeçenistan biri isə Azərbaycan vətəndaşı olan 5 nəfəri yaxalanıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man