İmamoğlunun mühafizəçiləri qoçuluq etdi: sürücünü ailəsinin gözü qarşısında döyüblər - VİDEO

Nəqliyyat TV 04 Noyabr 2019 | 22:25
OXUNUB: 2393

İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun mühafizəçiləri nəqliyyatda mübahisə etdikləri sürücünü döyüblər. Avtosfer.az xəbər verir ki, insident ötən axşam saat 22.00 radələrində İstanbulun Bəylikdüzü rayonunun Gürpınar bölgəsində qeydə alınıb.

İddiaya görə, ailəsi ilə evindən çıxaraq avtomobillə hərəkətdə olan Sərkan A., yolda Əkrəm İmamoğlunun mühafizəçiləri ilə mübahisə edib.

Mübahisə zamanı Sərkan A.-nın idarə etdiyi avtomobili mühafizəçilərin olduğu maşının arxa görünüş şüşəsinə çırpıb. Bundan əsəbiləşən 2 mühafizəçi, avtomobili təqib edərək Sərkan A,-nın qarşısını kəsiblər. Silah çəkərək ailəsinin gözü önündə Sərkan A.-nı maşından endirən mühafizəçilər, onu döyməyə başlayıblar. Ətrafda olan vətəndaşlar vəziyyəti polisə bildiriblər. Hadisə yerinə gələn asayiş keşikçiləri Sərkanı mühafizəçilərin əlindən alıb.

Sonra polislər iki mühafizəçinin ifadə verməsi üçün şöbəyə aparıblar. Həyat yoldaşının və uşağının gözü qarşısında döyülən Sərkan A. isə mühafizəçilərdən şikayətçi olub.

Araşdırmalar davam etdirilir.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man