Bu qayda pozuntusuna görə 80 manat+4 bal cərimə oluna bilərsiniz - VİDEO

Nəqliyyat TV 29 Oktyabr 2019 | 15:00
OXUNUB: 1254

Sürücülər bir çox hallarda dəmiryol keçidlərinin keçmə qaydasına əməl etmir. Dəmiryol keçidi təhlükəli yol sahəsi olmasına baxmayaraq sürücülər keçiddən necə keçməli olduqlarını da bilmir. Avtosfer.az təqdim etdiyi görüntüdə qaydaları pozan 90-PR-394 qeydiyyat nişanlı avtomobilin sürücüsü, gəldiyi sürətlə əks istiqamətə çıxaraq dəmiryol keçidini keçir.

"Yol hərəkəti haqqında" Qanunun 44-cü maddəsinin III hissəsinin 6-cı bəndində qeyd olunub ki, "qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək qadağandır". 

Qeyd etdiyimiz sürücü dəmiryol keçidinə yaxınlaşdığını görən zaman sürətini azaltmalı, 2.5 stop nişanında dayanıb yaxınlaşmaqda olan qatarın gəlmədiyini yəqin etdikdən sonra hərəkətə başlamalı idi. Bu qayda pozuntusuna görə həmin sürücü 80 manat və 4 cərimə balı ilə məsuliyyətə cəlb oluna bilər.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man