Rusiyanın Kemerov əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 23-də Sibiryakov-Qvardeyçev və Kamenskiy küçələrinin kəsişməsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Ford Fusion” markalı avtomobil anidən manevr etmək istəyən “Renault Laguna” markalı avtomobillə toqquşub. Bundan sonra idarəetmədən çıxan “Ford” səkidə öpüşən sevgililərə çırpılıb. Zərbənin şiddətində 18 yaşlarında olan qıza və oğlan havaya qalxaraq bir evin həyətyanı sahəsinə düşüblər.
Nəticədə oğlan ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Qızı isə müayinədən sonra evə ambulator müalicəyə buraxılıb.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man