Türkiyənin İstanbul hava limanında VİP mikroavtobusda yanğın baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün yerli saatla 10.30 radələrində qeydə alınıb.
Məlumata görə, aeroportun sərnişinlərə aid hissəsinin girişinə doğru hərəkət edən 59 TR 600 qeydiyyat nömrə nişanlı “Mercedes Vito” markalı VİP mikroavtobus naməlum səbəblərdən alovlanıb.
Mikroavtobusun yandığını görən təhlükəsizlik işçiləri dərhal yanğınsöndürmə briqadalarına zəng vurublar. Hava limanının girişində dayanan polis əməkdaşları isə yolu nəqliyyatın hərəkətinə bağlayıblar.
Bundan sonra mikroavtobusun əyləci yanğın səbəbindən boşalaraq arxaya doğru hərəkət etməyə başlayıb və həmin anda arxada olan polis avtomobilinə çırpılaraq dayanıb. Polis avtomobilinə keçən alovlar nəqliyyat vasitəsinin ön hissəsini tamamı ilə yarasız hala salıb, VİP mikroavtobusu isə idarə edilməz vəziyyətə düşüb. Hadisə zamanı ölən və ya xəsarət alanların olmadığı bildirilib.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man