Türkiyədə bələdiyyə sədrinin xidməti avtomobillə gəzintiyə getməsinə vətəndaşlar etiraz edib. Avtosfer.az xəbər verir ki, bələdiyyə sədrinin bu özbaşnalığını vətəndaşlar videoya çəkərək sosial şəbəkədə paylaşıblar.
Onlar bələdiyyə sədrinə istirahət günü xidməti avtomobildən istifadə etdiyinə görə irad bildirib.
Sədr vətəndaşların iradının qarşısında bir söz tapıb deyə bilmir.
Qeyd edək ki, bizim ölkədə də bir çox məmurlar xidməti avtomobilləri ilə istədikləri yerə gedirlər. Bəzən ailə avtomobili kimi də istifadə edərək məişət problemlərini həll etməyə həmin xidməti avtomobillə gedirlər. Bu isə birmənalı olaraq qadağandır. Adından göründüyü kimi "xidməti avtomobil" yalnız işlə bağlı xidmətdə isifadə oluna bilər.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man