Qazaxıstanda ata yola qaçan 4 yaşlı oğlunu qurtarmaq istəyərkən faciəvi şəkildə ölüb. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 17-də Qızılorda şəhərinin Abaya Altınsarina küçəsində qeydə alınıb. Hadisənin görüntüləri avtobusun təhlükəsizlik kamerasına düşüb.
Kadrlarda, anidən yolun hərəkət hissəsinə bir uşağın qaçdığı, arxası ilə də bir şəxsin atıldığı görülür. O, uşağı qucağına alıb kənara çıxmaq istəyir, amma hərəkətdə olan avtobus kişi ilə oğlanı vurur. Zərbənin gücündən onlar asfalta dəyərək sürüklənir.
Polisin məlumatına görə, 30 yaşlı kişi hadisə yerində dünyasını dəyişib, 2015-ci il təvəllüdlü oğlan isə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Bildirilib ki, onlar ata və oğul olub.
Hüquq-mühafizə orqanları tərəfindən 3 maddə üzrə cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man