ABŞ-da təyyarənin və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Viskonsin ştatının Ledjevyu şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə WBAY telekanalı məlumat yayıb.
Məlumata görə, yüngül mühərrikli təyyarə özəl aerodroma enmək üçün enişə keçən zaman hərəkətdə olan pikapla toqquşub. Nəticədə yerli sakin olan pilot hadisə yerində dünyasını dəyişib, pikapın sürücüsü isə xəstəxanaya yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilib.
Qəzanın baş vermə səbəbləri məlum deyil.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man