Maşın qadını vurub kənara atdı, o isə... - Bakıda ŞOK qəza - VİDEO

Nəqliyyat TV 11 Oktyabr 2019 | 14:19
OXUNUB: 10228

Bəzən piyadalar nizamlanan piyada keçidlərində qadağanedici işıq olsa belə yolu keçməyə cəhd edirlər. Düşünürlər ki, əgər piyada keçidi varsa, deməli istənilən an keçmək olar. Eyni zamanda Yol Hərəkəti Haqqında Qanunda deyilir ki, piyada yolu təhlükəsiz keçəcəyinə əmin olduqdan sonra keçməlidir. Təssüf ki, piyadavurmaların əksəriyyətində məsuliyyətsizlik heç də sürücüdə olmur. Amma bunun cəzasını sürücü çəkir.

Avtosfer.az-ın təqdim etdiyi görüntülər təxminən bir ay əvvəl Bakı şəhərində çəkilib. Nizamlanan piyada keçidindən yol avtomobillərin olsa da qadın yolu keçməyə çalışır. Bu zaman avtomobillin biri tərəfindən vurulmaqdan canını qurtarır. Lakin geri qayıtmaq əvəzinə qaçaraq irəli atılır. Bu zaman onu görməyən digər avtomobilin sürücüsü qadını vurur.

Zərbənin gücündən qadın bir neçə metr kənara düşərək yıxılır. Bu zaman əlindəki telefonu da kənara düşür. Amma xoşbəxtlikdən qadın ciddi xəsarət almır. Yerindən qalxır və heç nə olmamış kimi yoluna davam edir. Bu arada kənara düşən telefonunu ona qaytaran digər şəxs qadına qalxmaqda köməklik edir.

Nəzərə alsaq ki, piyada keçidi yolun əyri hissəsində yerləşir və sıxlıq olan zaman sürücünün piyadanı uzaq məsafədən görməsi mümkün deyil, həmçinin yol avtomobillərindir və burada sürücüdə günah yoxdur.

 

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man