Rusiyanın Samara vilayətinin qubernatoru Dmitri Azarov əslən azərbaycanlı olan bloger Hüseyn Həsənovun sərt və tez bir zamanda cəzalandırılmasını tələb edib. Buna səbəb blogerin 6 oktyabr tarixində avto-xuliqanlıqla bağlı videopaylaşım etməsidir. Videodan göründüyü kimi, Hüseyn Həsənovun da daxil olduğu 12 avtomobil mərkəzi küçədə qaydaları pozaraq sürətlə hərəkət edir.
Gənclərin bu addımı yerli sakinlərin etirazı ilə qarşılanıb və sosial şəbəkədə qınaq obyektinə çevrilib.
"Qanunazidd bu cür aksiyalar baş verdikdə, onlar yeniyetmələri oxşar hərəkətlərə təhrik edir",-deyə Dmitri Azarov bildirib.
baku.ws
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man