Türkiyənin Bursa əyalətində enerji ilə işləyən velosipedin və minik avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında İnegöl rayonunun Mahmudiyə məhəlləsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan Adnan H. (22) idarəetməsində olan enerji ilə işləyən velosiped anidən yola çıxan Refiyə K. (28) idarə etdiyi 81 BN 229 qeydiyyat nömrə nişanlı “Renault Megan” markalı maşına çırpılıb.
Toqquşmanın şiddətindən aşan velosipeddən yerə yıxılan sürücü ilə sərnişini Əhməd D. (16) xəsarət alıblar. Avtomobil isə işıq dirəyinə dəyərək dayana bilib. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə səhiyyə və polis briqadaları gəlib. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Polis araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man