Moped və velosiped sürücülərinin diqqətinə: Cərimə oluna bilərsiniz - VİDEO

Nəqliyyat TV 27 Sentyabr 2019 | 09:00
OXUNUB: 3636

Yolda qayda pozan moped və velosiped sürücülərinin tez-tez şahidi oluruq. Onlar qayda pozaraq həm özlərinə, həm də digər sürücülərə qəza vəziyyəti yaradırlar.
Avtosfer.az-ın yaydığı videogörüntülərdə aydın şəkildə görünür ki, hər iki moped sürücüsünün yol hərəkəti qaydalarından o qədər də anlayışları yoxdur və nəqliyyat vastəsini olduqca təhlükəli idarə edirlər.

Bu videoda mopedin sürücüsü dönmə işığını yandırmadan, arxanı göstərən xarici güzgüdən istifadə etmədən qəfil sol zolağa yerdəyişmə edərək həmin zolaqdakı sürücüyə təhlükə yaradıb. 

Bu videoda da eyni vəziyyət yaranıb. Moped sürücüsü yolun hərəkət hissəsində düzgün yerləşməyərək gah sola, gah da sağa çıxır. Sol zolaqdan sağ zolağa yerdəyişmə edən zaman həmin zolaqda hərəkət edən sürücünün hərəkətinə mane olub.

Velosiped, moped və motosiklet, təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələri sırasındadır. Bu nəqliyyat vasitələrində təhlükəsizlik kəməri olmadığına və yüngül zərbədən aşdığına görə sürücü müdafiəsiz şəkildə qalaraq qəza zamanı ağır xəsarət ala və ya dünyasını dəyişə bilər.
Yol Hərəkəti Haqqında Qanunda velosiped və moped sürücüləri üçün xüsusi qaydalar var. Həmin sürücülər bu qaydalara ciddi şəkildə riayət etməlidirlərki həm özlərinə, həm də digər hərəkət iştirakçılarına təhlükə yaratmasınlar.
Yol Hərəkəti Qaydalarının 46-cı maddəsinin I hissəsində qeyd olunub ki, Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.
Yəni moped və velosiped sürücüləri sağ zolaqdan başqa digər zolaqlarla hərəkət edə bilməz. Mopedin sürəti 50 km saat sürətdən aşağı, velosipedin sürəti isə daha aşağı olduğu üçün, qanunda bu nəqliyyat vasitələrinin sürücülərinə sağ zolaqdan başqa digər sürətli zolaqlara keçməsi qadağan edilib.
Təqdim etdiyimiz görüntülərdəki sürücülər digər zolaqlara keçirlər. Belə olan halda isə, onlar sürətli zolağa keçərək qəza vəziyyəti yaradırlar.

 

Təbriz Yusubov

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man