Sürücü peşəkarlığı sayəsində yol qəzasına düşməkdən son anda qurtulub. Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanaraq izləyicilərin təqdirini qazanıb. Avtosfer.az xəbər verir ki, insident Rusiyanın Çuvaşiya əyalətində, Kanaş-İbresi avtomagistralında qeydə alınıb.
Kadrlarda, yağışlı havada hərəkətdə olan minik avtomobilinin sürücüsü, bir neçə nəqliyyat vasitəsini ötmə əməliyyatı zamanı keçdiyi görülür. Lakin sonuncu yük maşınını keçdiyi əsnada “Kamaz”ın sürücüsü eyni əməli (ötmə əməliyyatı) yerinə yetirir və minik avtomobilini yol kənarına sıxışdırır. Bundan özünü itirməyən sürücü təcrübəsindən istifadə edərək avtomobili yol kənarına aşmaqdan xilas edir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man