Bakıda yol polisini ağır küçə söyüşləri ilə təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib. Avtosfer.az xəbər verir ki, o, bununla bağlı video yayıb, səhv etdiyini deyərək təhqir etdiyi polis tapıb ondan da üzr istəyəcəyini qeyd edib: "Beş dəfə əməliyyat olunmuşam, onkoloji xəstəyəm, əsəbləşdim, söyüş söydüm. Videonu da kimsə çəkib yayıb. Ayıb olsun ona. Məni hər yerdə biabır etdi. Bütün polislərdən üzr istəyirəm, bir qələtdi eləmişəm".
Qeyd edək ki, sürücü barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib.
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man