Bu gün günorta saat 14:10 radələrində Ələt-Astara-İran sərhəddi yolunda hərəkətdə olan 50 CG 162 dövlət nömrə nişanlı, "Mitsubishi" markalı avtomobilin sürücüsü 1952-ci il təvəllüdlü Əliağa Cəfərov sükan arxasında ürəktutmasından vəfat edib. Nəticədə avtomobil aşaraq yolun kənarına düşüb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 10-cu tağımının komandiri, polis mayoru Qulu Quliyev və tağımın əməkdaşları gəliblər.
Hadisə şahidi Akif Salmanov məlumat verib ki, sürücünün yanında həyat yoldaşı olub. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qulu Quliyev Avtosfer.az-a bildirib ki, hadisə barədə araşdırma aparılır.
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man