İstanbulda atasının mağazasının qarşısında oynayan 4 yaşlı Zeynəbi maşın vurub. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident keçdiyimiz həftə Əsənyurd rayonunun Kırac məhəlləsində qeydə alınıb. Hadisənin görüntüləri isə bu gün sosial şəbəkələrdə yayımlanıb.
Məlumata görə, 4 yaşlı Zeynəb Hiranur, atasının işlətdiyi marketin qarşısında yolda oturaraq oyun oynayıb. Bu zaman qohumları olduğu öyrənilən M.K., avtomobili ilə sürətlə küçəyə daxil olub. Bundan sonra sürücü M.K. yerdə oturaraq oyun oynayan balaca qızı görməyərək üstündən keçib. Ön təkəri ilə Zeynəbin üstündən keçən sürücü vəziyyəti fərq etdikdən sonra maşından aşağı enib. Balaca qız isə öz imkanları ilə avtomobilin altından çıxıb. Ətrafdakı insanların köməkliyi ilə Zeynəb xəstəxanaya aparılıb. Bir neçə gün tədbir məqsədi ilə xəstəxanada qalan qız qəzanı yüngül sıyrıqlarla keçirib. Baş verən hadisədən sonra Zeynəbin ailəsi qohumları olan M.K.-dan şikayətçi olmayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man