Əsabil Qasımov yaşlı kişinin mənzilini bu hala saldırdı - FOTO - VİDEO

Nəqliyyat TV 11 Sentyabr 2019 | 15:14
OXUNUB: 2316

Milli Məclisin deputatı, tanınmış iş adamı Əsabil Qasımov Nəsimi rayonu Mikayıl Rəfili küçəsi 17 ünvanda yerləşən binanın sakinlərinin evini sökdürür.

Unikal.org-a müraciət edən və həmin ünvanda yaşayan sakinlər bildirir ki, evdə olmadıqları vaxtda deputata aid olan "Karat” MTK şirkətinin işçiləri onların mülkünü dağıdırlar. 60 yaşlı Quliyev Aydın İmran oğlu evdən çıxan kimi, evinin söküldüyünü görüb:

“Baxın, görün məni nə günə salıblar? Bu yaşımda başıma belə bir “oyun” açacaqlarını gözləmirdim. Evimi sökməklə məni öldürdülər”.

Qeyd edək ki, tikinti şirkətlərinin Bakıda sakinləri zorla köçürtmələri artıq adi hal alıb. Bu barədə onlar Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etsələr də hər hansı bir tədbir görülmür. Pilot layihə adı ilə sakinlərin məcburi mənzilləri əllərindən alınır.

 

Əsabil Qasımov yaşlı kişinin mənzilini bu hala saldırdı- VİDEO-FOTOLAR

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man