Soyğunçular metroda sərnişinləri yeni üsulla qarət edir - VİDEO

Nəqliyyat TV 06 Sentyabr 2019 | 11:52
OXUNUB: 1200

Argentinada soyğunçular metroda sərnişinləri yeni üsulla qarət edirlər. Qarətçilər, qatarın hərəkət etdiyi anda açıq pəncərədən qollarını içəri salaraq vətəndaşların telefonlarını oğurlayırlar. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, analoji hadisə paytaxt Buenos Ayresdə San Xuan metro stansiyasında baş verib.

Təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntülərdə, platformada 3 şəxsin qatarın tərpənməsini gözlədiyini və qatarın hərəkət etməsi ilə tez açıq olan pəncərəyə yaxınlaşdığı görülür. Onlar bir anda qollarını pəncərədən içəri salaraq sərnişinlərin əlindən telefonu götürərək, heç nə olmamış kimi stansiyada gəzirlər.

Vəziyyəti polis əməkdaşlarına bildirdikdən sonra, hərəkətə keçən polis 3 oğrunu cinayət başında yaxalayaraq həbs edib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man