Alt paltarı ilə küçədə gəzərək sosial şəbəkələrdə məşhur olmaq istəyən şəxsi polis saxlayıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kocaelinin Gölcük rayonunda baş verib.
Məlumata görə, Yalovadan Gölcükə gələn A.Ş, adlı şəxs, Şirinköy məhəlləsində soyunaraq alt paltarı ilə küçədə gəzməyə başlayıb.
Ətrafdakı vətəndaşlar, əynində yalnız alt paltarı olan şəxsi görüb dərhal polisə xəbər veriblər.
Hadisə yerinə gələn polis, onu dövrəyə alan insanların əlindən alaraq şöbəyə gətiriblər. O, dindirilmə zamanı, “Mən sosial şəbəkədə məşhur olmaqdan ötrü təcrübə aparırdım. İnsanların marağını çəkmək və mediada yayımlanmaq istədim” – polislərə deyib.
Polis əməkdaşları A.Ş.-ni mağazaya apararaq ona şalvar və köynək alıblar. Alınan paltarları geyindikdən sonra A.Ş.-ın psixoloji vəziyyətini yoxlamaq üçün xəstəxanaya aparılıb.
Polis insidentlə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man