Ötən gecə Bakı Şəhər Dövlət Yol polisi İdarəsinin həyata keçirdiyi tədbirlər zamanı Nərimanov rayonu ərazisində sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü aşkarlanıb. Avtosfer.az xəbər verir ki, ağır dərəcədə sərxoş olan sürücü yol polisinə çətin anlar yaşadıb. Belə ki, tabesizlik göstərərək uzun müddət tibbi müayinəyə getməkdən imtina edib. Həmçinin YPX avtomobilə oturan zaman yol polisinə müqavimət göstərib. Bütün bunların fonunda yol polisləri sürücü ilə səbrlə davranıb. Sonda sürücü tibbi müayinədən keçirilib. Faktla bağlı araşdırma başlanılıb. Avtosfer.az-a msahibəsində sərxoş sürücü sükan arxasında olmadığını deyərək digər şəxsin maşını sürüdüyünü iddia edib. Lakin həmin vətəndaş avtomobili idarə etmədiyini, ümumiyyətlə o maşında deyil başqa bir avtomobildə olduğunu bildirib. Polislə mübahisə edən sürücü YPX avtomobilinə də ziyan vurub.
Videomaterialı təqdim edirik:
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man