Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsi ilə birlikdə "Təmiz hava" aylığı ilə bağlı növbəti aksiyaları keçirib.
Avtosfer.az xəbər verir ki, 27 avqust 2019-cu il tarixində keçirilən birgə tədbir zamanı avtomobillərdən atmosferə atılan qazların miqdarı yoxlanılıb.
Yasamal rayonunda 40, Nəsimi rayonunda 50-dən artıq sürücü saxlanılıb.
Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə həm sağlamlıqlarının, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlamaları ilə bağlı maarifləndirici tövsiyələr verilib. Avtomobilləri saz vəziyyətdə olan sürücülərə isə təşəkkür edilib.
Sürücülərlə söhbət zamanı tövsiyə ediblər ki, avtomobillərin saz vəziyyətdə saxlanması əvvəlcə özləri, ailə üzvləri və cəmiyyət üçün xeyirlidir.
Zərərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücülərinə inzibati qaydada protokol tərtib olunub. Bəzi sürücülərə xəbərdarlıq olunub.
Nizami rayonunda da "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib.
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man