Türkiyənin Əskişəhər vilayətində avtomobil qarşısına çıxan iki atı vurub. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, Musa Özgül, həyat yoldaşı və iki övladının da olduğu 16 AAT 714 dövlət qeydiyyat nömrə nişanlı “Tofaş” markalı maşını ilə yola çıxıb. Ankara istiqamətində irəliləyən Özgül, digər zolaqdan gələn və anidən qarşısına çıxan sahibsiz atları vurub. Qəzanın şiddətindən atlardan biri havada uçaraq yerə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb, hər iki at isə tələf olub. Yolda uzun tıxac yaranıb.
Avtosfer.az DHA-ya istinadən baş verən hadisənin görüntülərini tədim edir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man