Yol polisinin keçirdiyi “Təmiz hava“ aylığı davam edir - VİDEO

Nəqliyyat TV 14 Avqust 2019 | 00:38
OXUNUB: 1000

Ətraf mühiti çirkləndirən sürücülər cərimələnib. Avtosfer.az Realtv-ə istinadən xəbə verir ki, stasionar postlarda sürücülər arasında maarifləndirmə işinin aparılması və ətraf mühiti çirkləndirən, texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin aşkarlanması məqsədilə tədbirlər görülür. Reyd zamanı texniki cəhətdən nasaz avtomobillərin sürücülərinə qayda pozuntuları izah edildikdən sonra cərimə olunublar.

Normaları aşmayan, avtomobilə vaxtında texniki qulluq göstərən sürücülərə də rast gəlinib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, avtomobili texniki cəhətdən nasaz halda idarə etməsinlər, belə nəqliyyat vasitələri ilə uzaq yola çıxmaq olduqca təhlükələdir.

Qeyd edək ki, zəhərli qazların miqdarı çox olduqda bu elə ilk növbədə sürücünün özünə, ailə üzvlərinə ziyan vurur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man