Rusiyanın Sankt-Peterburq şəhərində 2 nəfərin ölümü, bir nəfərində xəsarət alması ilə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi açılıb. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, hadisənin kadrları təhlükəsizlik kamerasına düşüb. Qəza iyulun 23-ü səhər saatlarında Obvodnoy kanalı sahilində qeydə alınıb.
Görüntülərdə, “Skoda” markalı avtomobil yüksək sürətlə “Peterbilt” markalı yük maşının qoşqusuna çırpılır.
Məlumata görə, taksi kimi fəaliyyət göstərən “Skoda”daya sərnişin kimi əyləşmiş 2 kişi ölüb, 1 qadın isə yaralanıb.
Bildirilir ki, 23 yaşlı taksi sürücüsü həbs edilib. O sərxoş vəziyyətdə avtomobili idarə edib və sürücülük vəsiqəsinin olmadığı da məlum olub.
Onun barəsində cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man