Türkiyənin Manisa vilayətində minik avtomobilinin TIR-a arxadan çırpılması nəticəsində bir ailə məhv olub.
Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, insident Turqutlu rayonunun Avşar məhəlləsində qeydə alınıb.
Məlumata görə, Cüməli Yarıcı (32) idarəetməsindəki 45 KB 1212 dövlət qeydiyyat nişanlı avtomobilini yüksək sürətlə hərəkətdə olan zaman park edilmiş 42 GM 842 dövlət qeydiyyat nişanlı TIR-a arxadan çırpıb. Zərbənin gücündən nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Nəticədə Cüməli Yarıcı, həyat yoldaşı Hicran Yarıcı (30) və 1 yaşında olan H.Y. hadisə yerində ölüblər. Gənc cütlüyün qızlarından digəri Ziynət Yarıcı (8) ağır vəziyyətdə Turqutlu Dövlət Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ürəyi bir dəfə dayanan və yenidən həyata qaytarılan 8 yaşlı Ziynət Yarıcı, Manisa Cəlal Bayar Universiteti Hafsa Sultan xəstəxanasına aparılıb.
Burada həkimlərin bütün səylərinə baxmayaraq balaca Ziynet həyatını itirib.
Bildirilir ki, ölən ana Hicran Yarıcı 15 həftəlik əkiz uşaqlara hamilə imiş və onlar müayinə üçün həkimə gedirlərmiş.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Qəza anının görüntüləri bir iş yerinin təhlükəsizlik kamerasına düşüb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man