Rusiyanın Moskva ətrafı Radonej kəndi yaxınlığında 11 nəqliyyat vasitəsinin iştirakı ilə kütləvi yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az “Vesti”yə istinadən xəbər verir ki, insident iyunun 18-i yerli vaxtla 7 radələrində Yaroslavsky magistralının 59-cu kilometrliyində qeydə alınıb.
Hadisənin kadrları təhlükəsizlik kamerasına düşüb.
Görüntülərdə, idarəetmədən çıxan yük maşınının işıqforda gözləyən minik avtomobillərinə çırpıldığı görülür.
Polis əməkdaşının bildirdiyinə görə, “Kamaz” 10 minik maşınını əzib.
İlkin məlumata görə, qəzaya yük maşının əyləcində yaranan nasazlıq səbəb olub.
Nəticədə 2 nəfər xəstəxanaya yerləşdirilib.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man