Yol polisi komandiri sürücünü maşına mindirib apardı - O da VİDEO yaydı

Nəqliyyat TV 20 İyun 2019 | 13:42
OXUNUB: 3248

Vətəndaş Ağa Seyidəliyev Avtosfer.az-a müraciət edərək yol polisinin ona necə kömək etməsindən danışıb. Vətəndaş deyir ki, bu gün saat 11:20 radələrində ailəsi ilə birlikdə Cəlilabad rayonu ərazisində idarə etdiyi avtomobilin təkəri buraxıb. “Ehtiyat təkərdə hava az olduğu üçün onu da istifadə edə bilmirdim. Ailəmlə birgə yolda qalmışdım. Bu zaman 99 YP 950 dövlət nömrə nişanlı YPX avtomobili yanımda saxladı. Polis zabiti kömək təklif etdi və məni YPX avtomobilinə əyləşdirərək 7-8 kilometr aralıda olan təkər təmiri yerinə apardı. Daha sonra taksi çağıraraq təmirdən sonra məni avtomobilin yanına yola saldı. Söhbət zamanı bildim ki, mənə kömək edən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının komandiri, polis mayoru Hikmət Qafarovdur. Bir daha ona öz adımdan və ailəm adından təşəkkür edirəm”. Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man