Qırmızıdan keçən sürücü 3 nəfəri vurdu - VİDEO

Nəqliyyat TV 14 İyun 2019 | 09:01
OXUNUB: 1324

Türkiyənin İzmir vilayətində avtomobil səkidə hərəkət edən 3 nəfəri vurub. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident iyunun 13-ü axşam saatlarında Konak rayonunun Mustafa Kamal Sahil bulvarında qeydə alınıb. Məlumat görə, işıqforun qırmızı işığından keçən sürücü idarə etdiyi avtomobili ilə yaşıl işığın yanması ilə hərəkət edən maşına çırpılmamaq üçün manevr edib. Sürücünün idarəetməsindən çıxan avtomobil əvvəlcə yol nişanına sonra da səkidə irəliləyən 3 nəfəri vurub. Yaralanan şəxslər hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb. Onların vəziyyətinin normal olduğu bildirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man