Türkiyənin Düzcə vilayətində oğul atasına məxsus avtomobili yandırıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, insident iyunun 11-i axşam saatlarında Hüriyyət bulvarında qeydə alınıb.
Məlumata görə, Enes Y., atası Muhittin Y. ilə mübahisə etdikdən sonra yanacaqdoldurma məntəqəsinə gedərək bir qab benzin alıb və atasına məxsus maşının yanına gəlib.
Enes Y., benzini avtomobilin üzərinə tökərək onu yandırıb. Yanğın zamanı bir neçə partlayış səsləri də eşidilib. Hadisə yerinə yanğınsöndürmə və polis briqadaları çağırılıb.
Yanan avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb.
Polis Enes Y.-ni həbs edərək şöbəyə aparıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man