Türkiyənin Təkirdağ vilayətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzasında 5 nəfər ölüb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident iyunun 5-i saat 10.00-da Edirnə-İstanbul magistral yolunun Çorlu istiqamətində qeydə alınıb.
Məlumata görə, evakuator, yük maşını və minik avtomobili toqquşub. Qəzadan sonra yanan minik avtomobili yanmağa başlayıb. Yanan avtomobilin tək qapılı olduğu və bu səbəbdən içərisindən çıxa bilməyən 5 nəfər hadisə yerində həyatlarını itiriblər.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man