Rusiyanın Çelyabinsk əyalətində taksi sürücüsü motosikletli Yol Patrul Xidmətinin əməkdaşını (YPX) vurub. Avtosfer.az xəbər verir ki, insident mayın 29-u Lenin prospekti ilə Vorovskovo küçəsinin kəsişməsində qeydə alınıb.
Qəza anı bir avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Görüntülərdə, xidmətə çıxan bir neçə motosikletli YPX əməkdaşı işıqforun yaşıl işığının yanması ilə hərəkət etməyə başladığı görülür.
Onlardan birini qırmızı işıqdan keçərək qarşı yoldan gələn “KİA” markalı taksinin sürücüsü vurur. Digər polis yoldaşlarının onun köməyinə qaçdığı görülür.
“74.ru” portalının məlumatına görə, qəza zamanı xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Avtosfer.az baş verən hadisənin videosunu təqdim edir:
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man