Rusiyada şəhər sakini avtomobili ilə hərəkətdə olan vaxt qəribə hadisənin şahidi olub. Sərxoş sürücü mübahisə etdiyi içkili şəxsi bir yumruqla yerə sərib və sonra onun qollarından tutaraq yol kənarına sürüyüb. Avtosfer.az "Vesti.ru"ya istinadən xəbər verir ki, insident mayın 30-da, səhər saatlarında Kemerov şəhərinin Leninqrad prospektində avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Görüntülərdə “Lada 2109” markalı maşının sürücüsü nəqliyyat vasitəsi ilə yolu kəsdiyini və çətinliklə ayaq üstündə dayandığı görülür. O, avtomobilə söykənən sərxoş şəxslə qısa dialoq edir, sonra bir yumruq zərbəsi vuraraq onu yerə sərir.
“Lada”nın sürücüsü yerə sərilərək huşunu itirən şəxsin qollarından tutaraq yol kənarına sürükləyir. Özü isə sükan arxasına oturaraq yoluna davam edir.
Məlumata görə, hadisədən bir müddət sonra “Lada”nın sürücüsü polis əməkdaşları tərəfindən saxlanılıb. Lakin xəsarət alan şəxsin vəziyyəti ilə bağlı məlumat verilməyib.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man