Rusiyanın Anqarsk şəhərində 4 yaşlı oğlan valideynlərinin gözü qarşısında avtobusun altında qalaraq həyatını itirib. Avtosfer.az “Life.ru”ya istinadən xəbər verir ki, insident Kominterna küçəsində səhər saatlarında baş verib.
Məlumata görə, ailə piyada üçün müəyyən olmayan yerdən yol keçmək istəyib. Bu anda saatda 40 kilometr sürətlə hərəkət edən şəhər içi 8 saylı sərnişin avtobusunun sürücüsü anidən yola balaca oğlanın çıxdığını görüb. Lakin, sürücünün əyləcə basmağa və ya qəzadan qaçmağa zamanı olmayıb və 4 yaşlı oğlan vurub. Oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man