İstanbulda 7 yaşlı qızı avtomobillə vurub qaçan sürücü saxlanılıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, insident Əsənyurd rayonunun Pınar məhəlləsində qeydə alınıb.
Məlumata görə, 7 yaşlı Zeynəb mayın 28-i saat 17.30 radələrində mağazaya getmək üçün yolu keçmək istəyib.
Bu arada sürətlə hərəkətdə olan bir avtomobil balaca qızı vuraraq metrlərlə sürüyüb.
Sürücü heç nə olmamış kimi qaza basaraq hadisə yerindən qaçıb.
Ətrafdakı insanlar balaca qızın köməyinə gəliblər. Yoldan keçən bir sürücü isə Zeynəbi maşınına qoyaraq xəstəxanaya aparıb. Bədənində çoxlu sayda qırıqların olduğu öyrənilən Zeynəbin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Təhlükəsizlik kamerasını araşdıran polis əməkdaşları qaçan sürücünün saxlanılması istiqamətində təhqiqatlara başlayıb.
Polislər avtomobilin icarə olduğunu müəyyənləşdirərək bir müddət sonra sürücü ilə birlikdə 3 nəfəri yaxalayıb.
Həbs edilən şəxslərlə bağlı araşdırmalar davam edir.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man