Təcili yadım maşınında oksigen balonu partladı: 3 aylıq körpə yanaraq ölüb - VİDEO

Nəqliyyat TV 28 May 2019 | 09:13
OXUNUB: 1639

Türkiyədə təcili tibbi yadım maşınının içərisindəki oksigen balonun partlaması nəticəsində yanğın baş verib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident TEM avtomagistralının Silivri rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, İstanbuldan Ədirnə istiqamətində hərəkətdə olan təcili tibbi yadım maşını oksigen balonunun partlaması ilə yanmağa başlayıb. Ambulansın 3 personalı yanan nəqliyyat vasitəsindən çıxaraq özlərini xilas ediblər. Lakin, təcili tibbi yardım maşınında qalan 3 aylıq “Rojin” adlı körpə isə yanaraq ölüb.

Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə yanğınsöndürən, səhiyyə və polis briqadaları gəlib. Yanğınsöndürənlər qısa müddət ərzində yanğını söndürüb.

Polis araşdırmalara başlayıb.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man