Hər gün sosial şəbəkələrdə, KİV-də küçələri yaşlı qadınların təmizləməsinə narazılıq bildirilən fikirlərlə qarşılaşırıq. Hər birimiz küçələrin müasir üsullarla təmizlənməsini istəyərik. Amma indiki halda heç olmasa bacardıqca küçələri zibilləməməyə, təmiz saxlamağa çalışmalıyıq ki, heç olmasa həmin xanımların işi az olsun, daha tez işlərini bitirsinlər.
Amma təəssüf ki, hər gün piyada getdiyi halda əlindəki zibili, avtomobil idarə edərkən avtomobildə olan tullantını yola atanlarla rastlaşırıq. Avtosfer.az xəbər verir ki, 27 may tarixində Ziya Bünyadov prospektində hərəkətdə olan 90 FS 883 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobildə olanlar qısa zaman ərzində iki dəfə tullantını avtomobildən yola atıblar.
Xatırladaq ki, bu hala görə İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Videogörüntünü təqdim edirik.
Kənan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man