Biz yatanda onlar işə başlayır: MenLogdan REPORTAJ - VİDEO

Nəqliyyat TV 27 May 2019 | 09:23
OXUNUB: 1792

Biz yatmağa hazırlaşanda onların işi başlayır. Çünki biz yuxudan durub işə gedəndə hər şey hazır olmalıdır deyə. Söhbət MenLog şirkətinin avtobus qarajından və orda çalışan zəhmətkeş insanlardan gedir. Qaraja gecə saat 11-də getdik. Çünki avtobuslar həmin vaxtdan etibarən qayıdır və iş prosesi başlayır.

7 marşrut xətti üzrə 80-dən çox avtobus hər gün xəttə çıxır. Bütün bu avtobusların təmiz, təhlükəsiz şəraitdə xidmət aparması üçün bütün gecə böyük bir komanda çalışır. Avtobuslar qaraja daxil olan kimi əvvəlcə yoxlanışa gəlir. Ustalar avtobusu müayinə edirlər. Əgər hər hansı problem aşkarlansa dərhal aradan qaldırılır. Daha sonra avtobuslar yuyulur, təmizlənir və cərgəyə düzülür.

MenLog şirkəti hər gün avtobuslar texniki baxışdan keçirir. Eyni zamanda sürücülər də tibbi müayinədən keçirlər.

Sevindirici haldır ki, 20 illik fəaliyyəti dövründə ölümlə nəticələnən hər hansı qəza baş verməyib. Çünki işə qəbul zamanı da sürücülər yoxlanılır. Onların təcrübəli olmasına önəm verilir.

Qarajda ehtiyat hissələrindən ibarət olan bir neçə anbar fəaliyyət göstərir. Yəni avtobusların istənilən detalı nasaz olarsa onu dəyişmək imkanı var. Eyni zamanda peşəkar ustalar tərəfindən avtobuslar təmir olunur.

Şirkət rəhbərləri ilə söhbət zamanı bildirdilər ki, əsas prinsip insanlara yüksək səviyyədə xidmət göstərməkdir. Şirkətin diqqət etdiyi ən önəmli məsələ isə təhlükəsizlikdir. Bakı Nəqliyyat Agentliyi tərəfindən qarşıya qoyulan bütün tələblərə yüksək səviyyədə cavab verən şirkət Bakı şəhərində fəaliyyət göstərən ən böyük avtobus parklarından biridir.

Avtosfer.az MenLog avtobus parkından hazırlanmış geniş reportajı təqdim edir:

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man