Türkiyənin Bursa vilayətində ağır yol qəzası baş verib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident Bursa-İzmir-İstanbul avtomagistralında qeydə alınıb.
Məlumata görə, İstanbuldan Bursaya gələn 34-MH-773 dövlət qeydiyyat nişanlı “Land Rover” markalı avtomobil, eyni istiqamətdə hərəkətdə olan TIR-a arxadan çırpılıb.
Çırpılmanın şiddətindən avtomobil parça-parça olub. Nəticədə “Land Rover”də olan 2 nəfər dünyasını dəyişib.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, minik avtomobili olduqca sürətli idarə edilib.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man