Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları mayın 18-də, saat 21:10 radələrində Salamzadə küçəsində, 90 PD 158 dövlət nömrə nişanlı, "Daewoo Centra" markalı avtomobil ilə avtoxuliqanlıq edən Əmrah Barat oğlu Əmrəliyevi saxlayıblar. Sumqayıt şəhər sakini olan 22 yaşlı Əmrah Əmrəliyev barəsində toplanmış materiallar və videogörüntü Yasamal rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü barəsində 15 gün müddətində inzibati qaydada həbs və 1il müddətində sürücülük hüququnun məhdudlaşdırılması tətbiq edilib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, bu şəxs dəfələrlə belə hallara yol verib. Özü də etiraf edib ki, o bu əməllərindən əl çəkə bilmir. Videogörüntüləri təqdim edirik:
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man