Türkiyənin Samsun vilayətində yoxlamadan keçən avtomobilin üzərinə ağac aşıb. Avtosfer.az xəbər verir ki, insident Canik rayonunun Sənaye Millət küçəsində səhər saatlarında qeydə alınıb.
Məlumata görə, Millət Bağçası tikinti gedən ərazidə iş vaxtı kökü zərər görən akasiya ağacı küləyin də təsiri ilə, avtoservisdə mühərriki təmir edildikdən sonra yoxlamadan keçməsi üçün sürülən avtomobilin üzərinə aşıb.
Nəticədə xəsarət alan olmasa da nəqliyyat vasitəsinin ön şüşəsi qırılıb və kapota ziyan dəyib. Qəzanın görüntüləri isə təhlükəsizlik kamerasına düşüb.
Hadisə yerinə yanğınsöndürən və polis əməkdaşları cəlb edilib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Avtosfer.az İHA-ya istinadən baş verən hadisənin videosunu təqdim edir:
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man