İstanbulda infarkt keçirən sürücü avtomobilin idarəetməsini itirərək evakuatora çırpılıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Çatalca-İstanbul D-569 trasında qeydə alınıb. Məlumata görə, Fərhadpaşa istiqamətində avtomobili ilə hərəkətdə olan A.T infarkt keçirib və sükan idarəetməsini itirərək qarşı yoldan gələn evakuatorla toqquşub. Toqquşmanın şiddətindən evakuatorun üstündə olan traktor yola aşıb.
Nəticədə evakuatorun sürücüsü və sərnişini yüngül xəsarətlər alıb, minik avtomobilinin sürücüsü isə maşında qalaraq kömək gözləyib.
Ətrafdakı vətəndaşların köməkliyi ilə nəqliyyat vasitəsindən çıxarılan A.T-nin infarkt keçirdiyi məlum olub və hadisə yerinə səhiyyə briqadaları çağırılıb.
İnfarkt keçirən sürücü təcili tibbi yadım maşını ilə Çatalca Dövlət Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilib. Qəza səbəbi ilə yolda tıxac yaranıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man