Rayon yollarının birində yükdaşıma qaydalarını pozan sürücü təhlükə yaradıb. Bu barədə Avtosfer.az-a sürücülərdən biri şikayət ünvanlayıb. Belə ki, 02-BE-878 dövlət nömrə nişanlı, "HOVA" markalı yük avtomobilinin sürücüsü daşıdığı çınqılın üstünə tent çəkməyib. Maşın hərəkət edən zaman çınqıl yola dağılıb. Bu zaman arxadan gələn minik avtomobilin sürücüsü yola çınqıl dağıldığını görərək avtomobili kənara çəkmək istəyib və təhlükəli vəziyyət yaranıb.
Qeyd edək ki, yük maşınlarının sürücüləri analoji addımla həm də yol təsəruffatına ciddi ziyan vurur. Fotoları təqdim edirik:
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man