Bakıda mopedlə yükdaşıma şirkətlərindən birinin xanım sürücüsü digər nəqliyyat vasitələri sürücülərindən gileylənib.
Avtosfer.az xəbər verir ki, xanımın narazılığını lentə alan aktyor Bəhram Bağırzadə videonu ictimailəşdirib. Sosial şəbəkələrdə yayılan videoya hər kəs müsbət geri dönüş edib. Moped sürən gənc xanım zəhmətlə gördüyü işini sevdiyini, ondan razı qaldığını bildirsə də, avtomobil sürücülərindən şikayət edib. Sonda o digər nəqliyyat vasitələri sürücülərindən onlara qarşı anlayışlı olmalarını, yollarda təhlükəsiz və rahat moped idarə edə bilmələri üçün şərait yaratmalarını istəyib.
Bəhs etdiyimiz videonu təqdim edirik:
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man