Bakıda başı telefona qarışan xanımın üstünə şlaqbaum belə düşdü - ANBAAN VİDEO

Nəqliyyat TV 19 May 2022 | 12:58
OXUNUB: 19294

Paytaxtın Feyzulla Qasımzadə küçəsində baş vermiş hadisə kameraya düşüb. Avtosfer.az xəbər verir ki, avtomobilin binanın həyətinə daxil olması üçün şlaqbaum açılır. Ehtimal olunur ki, sürücü şlaqbaumu pultla açır. Bu zaman başı telefona qarışan və sağa-sola baxmayan xanım piyada düz şlaqbauma tərəf gəlir. Müəyyən zaman keçdiyi üçün şlaqbaum avtomatik olaraq bağlanır və xanımın başına dəyir. 

Qeyd edək ki, piyadaların bu cür diqqətsiz olması qəzaların əsas səbəblərindən biridir. Bəzən piyada keçidində, yolun hərəkət hissəsində başı telefona qarışan şəxsləri avtomobil vurur. Videonu təqdim edirik:

Şəfa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man