Bakıda qayda pozan sürücülər: "protiv" çıxan, qoşa xətti saymayan, harda gəldi saxlayan... - VİDEO

Nəqliyyat TV 10 May 2022 | 11:29
OXUNUB: 2661

Paytaxtın müxtəlif küçə və prospektlərində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər Avtosfer.az-ın kamerasına düşüb. Belə ki,  "Toyota" markalı avtomobilin sürücüsü "İnşaatçılar" prospektində qoşa xəttin tələbini pozaraq sola dönür. Bununla da digər sürücülər üçün təhlükə yaradır.

İkinci qayda pozuntusu "Azadlıq" prospektində qeydə alınıb. 90 PH 894 dövlət nömrə nişanlı, "Khazar" markalı avtomobilin sürücüsü tuneldən çıxanda qoşa xəttin tələbini pozaraq geriyədönmə edir. Qeyd edək ki, adıçəkilən ərazidə bu, adi hala çevrilib. 

Növbəti qayda pozuntusu isə Şərifzadə küçəsində baş verib. Belə ki, 40 BN 115 dövlət nömrə nişanlı, "Lada" markalı avtomobilin sürücüsü geriyədönmə yerindən əks istiqamətə çıxır və axına qarşı hərəkət edir.

Digər qayda pozan sürücü isə Bayıl qəsəbəsində - "Manqal" restoranının yanında kameraya düşüb. 99 MS 673 dövlət nömrə nişanlı, "Volkswagen" markalı avtomobilin sürücüsü güzgüyə baxmadan yola çıxır. Arxadan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaradır. Sanki yolu alıb, behini də yenicə verib...

Bəsti Bağırova küçəsində isə sözün əsl mənasında hərc-mərclik hökm sürür. Belə ki, orda dayanma-durma üçün müvafiq şərait yaradılsa da sürücülər yenə ikinci cərgədə avtomobil saxlayır və gediş-gəlişi çətinləşdirir.

Videonu təqdim edirik:

 

Fərid

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man